Neft maqnatı Con Rokfellerin nəticəsi vəfat etdi

06.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin tanınmış və varlı Rokfeller ailəsinin nümayəndəsi, keçmiş senator Con D. “Cey” Rokfeller IV 89 yaşında Vaşinqtonda vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Rokfeller ABŞ Senatında 30 il ərzində aztəminatlı əhali üçün səhiyyə xidmətlərinin genişləndirilməsi istiqamətində çalışıb. O, həmçinin prezident Corc Buşun İraq müharibəsi ilə bağlı siyasətini kəskin tənqid edib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Con Rokfeller IV XX əsrin əvvəllərində “Standard Oil” neft tresti vasitəsilə neft sənayesində inhisar yaratmış və dünyanın ilk dollar milyarderlərindən birinə çevrilmiş sənayeçi Con D. Rokfellerin nəticəsi idi.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью