Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 612 milyon manat olmaqla, illik müqayisədə 4,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 78,8 faiz, sürtkü yağlarının istehsalı 24,2 faiz artıb, ağ neft istehsalı 19,2 faiz, neft bitumu istehsalı isə 33,8 faiz azalıb.