Neft məhsullarının ixracı 2,4 dəfə artıb

17.08.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xam neftdən başqa bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixracı 2026-cı ilin ilk 7 ayında 546 min 348 tona çatıb.

2025-ci ilin eyni dövründə 336 min 683 ton məhsul ixrac edilmişdi. Həcm 209 min 665 ton və ya 62,3 faiz artıb.

İxracın dəyəri isə 173 milyon 455 min dollardan 423 milyon 575 min dollara yüksəlib. Artım 250 milyon 120 min dollar və ya 144,2 faiz təşkil edib. Bir ton məhsulun orta statistik dəyəri 515 dollardan 775 dollara çatıb.

İş elanları AzVak.az-da

Neft koksunun ixracı 72 faiz artıb

2026-cı ilin ilk 7 ayında Azərbaycandan 151 min 119 ton neft koksu ixrac edilib. İxracın dəyəri 59 milyon 921 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 38 min 604 ton və ya 34,3 faiz, dəyəri isə 25 milyon 9 min dollar və ya 71,6 faiz artıb.

Bir ton neft koksunun orta statistik ixrac dəyəri 310 dollardan 397 dollara yüksəlib. Artım 27,8 faiz təşkil edib.

Neft bitumu ixracı 2,7 dəfə artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 9 min 768 ton neft bitumu ixrac edilib. İxracın dəyəri 2 milyon 880 min dollar olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə fiziki həcm 5 min 667 ton və ya 138,2 faiz artıb. İxrac dəyəri isə 1 milyon 808 min dollar və ya 168,6 faiz yüksəlib.

Bir ton bitumun orta statistik ixrac dəyəri 261 dollardan 295 dollara çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью