Neft oğurlamaq istədilər, kəməri partlatdılar 2 nəfər saxlanıldı

03.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verib.

Yeni Sabah xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə etmək məqsədilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Toyuqlu pizza

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kəmərə qanunsuz müdaxilə edərək neft oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov saxlanılıb.

Araşdırma zamanı yanğının da məhz həmin şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью