“Neft ölkəsiyik, amma ən keyfiyyətsiz benzini özümüzə satırıq” Ekspert SOCAR ı TƏNQİD ETDİ…
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun müddətdir ki, ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti sürücülər tərəfindən narazılıqla qarşılanır.
Avtomobil idarəçiləri, demək olar, bütün yanacaqdoldurma məntəqələlərindəki yanacağın yararsız olduğunu bildirir.
Bu istiqamətdə sosial şəbəkələrdə dəfələrlə videolar da paylaşılıb.
Avtosfer.az xəbər verir ki, yaranan vəziyyət artıq sürücülərin yanacaqdoldurma məntəqələrini məhkəməyə vermək niyyətinə qədər gəlib çatıb.
Mövzunu saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı nəqliyyat eksperti Elməddin Muradlı şərh edib.
Onun sözlərinə görə, yaranan vəziyyətdən artıq rəsmi dilerlər və avtomobil ustaları da şikayət edir: “Problem daha çox “Ai-95” markalı benzində müşahidə edilir.
Bu yaxınlarda mən hətta “BMW” şirkəti ilə də danışdım. Onlar da bildirir ki, yeni gələn avtomobillər müştərilərə satılır.
Tam oxu
Xəbəri oxu