Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“2025-ci ildə AR Dövlət Neft Fondu Hasilatın Pay Bölgüsü və Risk Xidməti müqavilələri çərçivəsində dövlətə çatmalı olan mənfəət neftinin və qazın satışından 9 497 milyon manat (5 milyard 586,47 milyon dollar) gəlir əldə edib (2024-cü illə müqayisədə azalma 1 milyard 155,53 milyon idi)”.
Bakupost.az xəbər verir ki, bu barədə enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Ekspert bildirib ki, bu vəsaitin çoxluğu və ya azlığı barədə düzgün qiymət vermək üçün iki fakt nəzərə alınmalıdır:
“Neft Fondunun mənfəət neft-qaz satışından əldə etdiyi gəlirlərin ZİRVƏ dövrü 2011-ci ildə olub: 19,5 milyard dollar.
2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistandakı fiziki şəxslərə xaricdən köçürülən vəsaitin həcmi 4,761 milyard (artım 10%) təşkil edib.
Ötən il Neft Fonduna mənfəət neft və qaz satışından daxil olan gəlirlərin 97,42%-i iki layihənin (Azəri-Çıraq-Günəşli və Şahdəniz) payına düşüb: AÇG-dən 8,2929 milyard manat, Şahdəniz-dən isə (qaz və kondensat) 958,8 milyon manat.
Azərbaycanda xarici şirkətlərlə birgə 16 müqavilə üzrə hasilat həyata keçirilir: AÇG və Şahdənizdən kənar əməliyyat şirkətlərindən dövlət mənfəət nefti-qazı üzrə cəmi 245,3 milyon manat vəsait əldə edib. Neft Fondunun 2024-cü il üzrə illik hesabatını təhlil etdikdə məlum olur ki, mənfəət ödəyən əməliyyat şirkətlərinin ümumi sayı cəmi 12 olub”.
Yasəmən, BakuPost