Neft qaz layihələrindən mənfəətimiz Ekspert rəyi

30.01.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2025-ci ildə AR Dövlət Neft Fondu Hasilatın Pay Bölgüsü və Risk Xidməti müqavilələri çərçivəsində dövlətə çatmalı olan mənfəət neftinin və qazın satışından 9 497 milyon manat (5 milyard 586,47 milyon dollar) gəlir əldə edib (2024-cü illə müqayisədə azalma 1 milyard 155,53 milyon idi)”.

Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib. Ekspert qeyd edib ki, bu vəsaitin çoxluğu və ya azlığı barədə düzgün qiymət vermək üçün iki fakt nəzərə alınmalıdır:

“Neft Fondunun mənfəət neft-qaz satışından əldə etdiyi gəlirlərin zirvə dövrü 2011-ci ildə olub: 19,5 milyard dollar.

2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistandakı fiziki şəxslərə xaricdən köçürülən vəsaitin həcmi 4,761 milyard (artım 10%) təşkil edib.

Ötən il Neft Fonduna mənfəət neft və qaz satışından daxil olan gəlirlərin 97,42%-i iki layihənin (Azəri-Çıraq-Günəşli və Şahdəniz) payına düşüb: AÇG-dən 8,2929 milyard manat, Şahdəniz-dən isə (qaz və kondensat) 958,8 milyon manat.

Azərbaycanda xarici şirkətlərlə birgə 16 müqavilə üzrə hasilat həyata keçirilir: AÇG və Şahdənizdən kənar əməliyyat şirkətlərindən dövlət mənfəət nefti-qazı üzrə cəmi 245,3 milyon manat vəsait əldə edib. Neft Fondunun 2024-cü il üzrə illik hesabatını təhlil etdikdə məlum olur ki, mənfəət ödəyən əməliyyat şirkətlərinin ümumi sayı cəmi 12 olub”.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью