Neft qaz nəhəngi BP Şimal dənizindəki biznesini satışa çıxarır

31.07.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neft-qaz nəhəngi BP Şimal dənizindəki biznesini satışa çıxarır

Britaniyanın neft-qaz şirkəti BP Şimal dənizində yerləşən hasilat bölməsini satışa çıxardığını açıqlayıb. Oxuməni az xəbər verir ki, bu barədə şirkətin rəsmi veb saytında məlumat verilib.

Şirkət bu qərarı investisiya portfelindəki əsas aktivlərə diqqəti cəmləşdirmək və kapitalı gəlirlilik baxımından ən perspektivli layihələrə yönəltmək istəyi ilə izah edib. BP-nin Şimal dənizində gündəlik təxminən 100 min barrelə yaxın neft və qaz hasil edən beş yatağı var. Həmin yataqlarda ümumilikdə 1,1 min nəfər çalışır.

Financial Times qəzetinin yazdığına görə, planlaşdırılan satış “neft nəhənginin Şimal dənizində 60 ildən artıq davam edən hasilat fəaliyyətinə son qoyacaq”. Qəzet qeyd edir ki, BP bu aktivləri satmaq niyyətini rəsmən elan etməzdən əvvəl cari ilin əvvəlində Böyük Britaniyanın digər enerji şirkəti Ithaca Energy ilə danışıqlar aparmışdı. Lakin təxminən 2 milyard funt sterlinq (2,7 milyard ABŞ dolları) dəyərində qiymətləndirilən sövdələşmə ilə bağlı müzakirələr nəticəsiz başa çatıb.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью