Neft qiymətləri bundan asılı olacaq İqtisadçı

13.06.2025

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftin qiymətləri tərəflərin seçəcəyi hədəflərdən asılı olacaq”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, neft bazarındakı vəziyyət birmənalı olaraq münaqişənin davam edəcəyi müddətdən asılı olacaq:
“Nə qədər geniş olacaqsa, neft yataqlarına, boru kəmərlərinə yönəlmiş hücumlar olacaqsa, neft qiymətləri bir o qədər artacaq”. 

İqtisadçı eyni zamanda vurğulayıb ki, Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmür:
“Çünki, İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı”.  
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью