Neft qiymətləri ikinci rübdən başlayaraq artacaq EKSPERT FİKRİ | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. "İndiki şəraitdə qlobal neft təsisatı mənzərəsini dəyərləndirmək bir az çətindir.
Çünki qlobal qeyri – müəyyən siyasi vəziyyət yaxın dövrlərdə neft bazarlarındakı vəziyyəti dəyərləndirməyi bir az çətinləşdirir.
Təbii ki indiki şəraitdə neft qiymətlərini təhdid altına alan əsas faktorlardan biri ABŞ-də prezident seçkisindən sonra Donald Trampın yürütdüyü neft siyasəti ilə bağlıdır.
Bu siyasət neft qiymətlərini və eyni zamanda qlobal neft bazarlarının gələcəyini təhdid altına alır.
Çünki Trampın siyasəti qiymətlərin düşməsinə səbəb ola bilər.
Ticarət müharibələri və gömrük vergilərinin əhəmiyyətli dərəcədə artması son nəticədə qlobal iqtisadi tənəzzülə gətirib çıxara bilər ki, bu da neft bazarlarının gələcəyi üçün təhlükəlidir.
Ona görə ki, iqtisadi tənəzzül sonda neftə tələbatı azalda bilər.
Bu isə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bazarda bir xaos vəziyyətinin yaranması ilə nəticələnə bilər.
Tam oxu
Xəbəri oxu