Neft qiymətləri ilə bağlı kritik proqnoz 2030 cu ilədək...

04.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ARDNF-in aktivləri 2030-cu ilədək 78,3 milyard dollara yüksələ bilər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.
Həmçinin, ortamüddətli dövr üçün hazırlanan proqnozlarda Azərbaycanın neft gəlirləri ilə bağlı fiskal göstəricilərdə də dəyişiklik nəzərdə tutulur.
Belə ki, 2030-cu ildə bir barel xam neftin fiskal itkisiz qiymətinin 65 dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə hazırkı 85 dollarlıq göstəricidən 20 dollar azdır.
Büdcə sənədində neft bazarında qiymət dəyişkənliyinin yüksək olaraq qaldığı vurğulansa da, ortamüddətli perspektivdə bir barelin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı aşağı qiymətləndirilir.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью