Marja.az saytına istinadən Icma.az xəbər verir.
Yaxın Şərqdə neft hasilatının artması və ABŞ-la İran arasındakı qarşıdurmada nisbi sakitlik fonunda neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə geriləyib.
Marja.az xəbər verir ki, Brent markalı neft çərşənbə günü 1,4 faiz bahalaşdıqdan sonra növbəti ticarət günündə ucuzlaşaraq bir barel üçün 91 dollara enib. ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti isə bir barel üçün 85 dollar ətrafında ticarət olunub.
Brent bu il 50 faizdən çox bahalaşsa da, noyabrda qiymət dinamikası kəskin şəkildə enişə keçib. Buna Yaxın Şərqdən neft tədarükünün bərpası və ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsinin doqquzuncu ayına qədəm qoyan İranla qarşıdurmanın başa çatmasını sürətləndirə biləcəyinə dair gözləntilər təsir göstərib.
Səudiyyə Ərəbistanı və İraq hasilatı artırıb
Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) oktyabrda hasilatının 26 faiz artdığını bildirib. Bununla da ölkənin aylıq neft hasilatı son illərin ən yüksək göstəricilərindən birinə çatıb. İraq da hasilatın qarşıdurma başlayandan bəri ən yüksək səviyyəyə çatdığını açıqlayıb.
İran zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmasına razı deyil
Hərbi əməliyyatlarda nisbi sakitlik müşahidə olunsa da, qarşıdurmanın başa çatması istiqamətində konkret irəliləyiş əlamətləri görünmür. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Əl-Məyadin” telekanalına müsahibəsində ölkədən zənginləşdirilmiş nüvə materialının “bir atomunun belə” çıxarılmayacağını deyib.
Zənginləşdirilmiş nüvə materialının İrandan çıxarılması ABŞ-ın danışıqlara başlamaq üçün irəli sürdüyü əsas ilkin şərtlərdən biridir.