Neft sektoru 7 ayda

18.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu ilin yanvar–iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 2,4 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 55,8 faizi (13 milyard 385,1 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bununla yanaşı, eyni dövrdə ölkədən 14 milyard 427,7 milyon kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ixrac edilən təbii qazın dəyəri 7,3 faiz azalaraq 4 milyard 882,4 milyon dollar olub. 2025-ci ilin yanvar-iyul aylarında isə Azərbaycandan 5 milyard 269,1 milyon dollar dəyərində yəni, 14 milyard 409,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkədən 546 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz çoxdur. İxrac olunan neft məhsullarının dəyəri isə 2,4 dəfə artaraq 423,6 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 336,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 173,5 milyon dollar olub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью