Neft şirkətinin əməkdaşları selə düşdü: meyitləri tapıldı KONKRET

17.04.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Nurməmməd Qəhrəman oğlu Məmmədov və 63 yaşlı Salyan rayon sakini Etibar Hafiz oğlu Nağıyevdir.

Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью