Neft şirkətinin Özbəkistanda fəaliyyəti genişlənir

18.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 17-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.

Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью