Neft Şirkətinin rüblük hesabatı

31.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

11,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti 23 min 684 metr qazma işləri həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz çoxdur. Hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 711 min 274 ton neft və 1 milyard 783 milyon 530 min kubmetr qaz hasil olunub.

Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6 milyon 636 min 348 ton xam neft hasil olunub. Ölkə üzrə qaz hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1 faiz artaraq 12 milyard 813 milyon 77 min kubmetr təşkil edib.

Hesabat dövründə Dövlət Neft Şirkəti tərəfindən xarici bazarlara 4 milyon 342 min 259 ton neft ixrac olunub. Bura şirkətin öz imkanları ilə çıxardığı neft ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neftin Azərbaycana və Dövlət Neft Şirkətinə məxsus mənfəət payları da daxildir. Ümumilikdə isə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan 10-dan çox ölkəyə 10 milyon 125 min 467,17 ton neft ixrac edilib. Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Bolqarıstan, Rumıniya, Hindistan, Portuqaliya, Almaniya, Tunis, Yunanıstan və Xorvatiya daxil olub. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 495 milyon 238,67 min ABŞ dolları dəyərində 5 milyon 915 min 25,73 ton neft ixrac edib. Bununla da İtaliya, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə də birinci olub. Siyahıda ilk üçlüyü isə Çexiya və Bolqarıstan tamamlayıb. Belə ki, hesabat dövründə bu ölkələrə müvafiq olaraq 497 milyon 377,57 min dollar dəyərində 705 min 791,25 ton və 253 milyon 113,5 min dollar dəyərində 358 min 842,99 ton xam neft ixrac olunub.

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycan 385 milyon 852,83 min ABŞ dolları dəyərində 486 min 643,62 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkəmizin ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə, həcmi isə 73 faiz çox olub. Yeri gəlmişkən, hazırda Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.

Cari ilin 2-ci rübündə ölkə üzrə təbii qaz ixracı isə 6 milyard 302 milyon 91 min kubmetr təşkil edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycanda, təqribən, 2 milyard 472 milyon 209 min kubmetr qaz istehlak olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qazın ixracı 0,5 faiz, istehlakı isə 4,9 faiz artıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı ildən-ilə artır. Artıq Аzərbaycandan “mavi yanacaq” alan ölkələrin sayı 16-ya çatıb. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriyadır. Bundan əlavə, Cənub Qaz Dəhlizinin keçdiyi Albaniya da Azərbaycandan qaz almağa hazırlaşır.

Qurumun 2026-cı ilin ikinci rübünün nəticələri ilə bağlı hesabatında neft və qazın emalı ilə bağlı göstəricilər də əksini tapıb. Qeyd olunub ki, aprel-iyun ayları ərzində Dövlət Neft Şirkəti 1 milyon 416 min 231 ton neft və 679 milyon 69 min 820 kubmetr qaz emal edib. Bu dövrdə şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 556 min 386 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycan 385 milyon 852,83 min ABŞ dolları dəyərində 486 min 643,62 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkəmizin ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə, həcmi isə 73 faiz çox olub. Yeri gəlmişkən, hazırda Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.

M.YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью