Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran ordusu ABŞ-nin hərbi blokadasına baxmayaraq üzən neft tankerinin ölkənin ərazi sularına daxil ola bildiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi yazılı açıqlama verib.
"ABŞ ordusunun xəbərdarlıqlarına və təhdidlərinə baxmayaraq, İranın "Sili City" neft tankeri gecə İran donanmasının əməliyyat dəstəyi ilə Oman körfəzindən təhlükəsiz şəkildə keçərək İranın ərazi sularına daxil olub", - bəyanatda deyilir.
Bildirilib ki, neft tankeri İranın cənub limanlarından birinə lövbər salıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp qeyd etmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri Tehranla razılıq əldə olunana qədər Fars körfəzi və Oman körfəzindəki İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə blokada tətbiq edəcək.
İlahə Qənbərli
Missiya.Az