Neft Terminalındakı güclü yanğın söndürüldü − Yenilənib + Video

09.08.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***16:52
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***16:18
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, yanğın Orxan İsmayılov küçəsində, yerləşən yanacaq çənində baş verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью