Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bank of America analitikləri ABŞ və İran arasında mövcud hərbi əməliyyatların intensivliyinin davam edəcəyi və Hörmüz boğazının açılmasında heç bir irəliləyiş olmayacağı təqdirdə, ilin ikinci yarısında qlobal neft qiymətlərinin barel üçün 95-120 dollar səviyyəsində qalacağını gözləyirlər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Associated Press” (AP) bankın hesabatına istinadən məlumat yayıb.
Bank mütəxəssisləri bildirirlər ki, Hörmüz boğazı gəmiçilik üçün bağlı qalarsa, neft qiymətləri bu səviyyədə olacaq. Əgər eskalasiya Yaxın Şərqdəki əsas enerji infrastrukturuna ziyan vurarsa, neft qiymətləri 150 dollara qədər yüksələ bilər.
Eyni zamanda, “Bank of America”-nın baza ssenarisinə görə, ilin ikinci yarısında orta hesabla barel üçün 83 dollar nəzərdə tutulur. Bu ssenari Hörmüz boğazından neft tranzitinin tədricən artacağına hesablanıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar.
Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı müqavilənin şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Qlobal neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i bu boğazdan nəql olunur.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə faktiki olaraq son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq cəhdlərinə keçdiyini bildirib.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: neft Bank of America
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin