Neft ucuzlaşır 70 dollar həddindən aşağı düşdü

27.06.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Qlobal enerji bazarlarında xam neft qiymətlərinin kəskin ucuzlaşması tendensiyası davam edir. 

“Yeni Sabah” xəbər verir ki, Yaxın Şərqdə gərginliyin azalması, tədarükün artması və qlobal tələbatın zəifləməsi fonunda qiymətlər son ayların minimumuna enib.

Nyu-York birjasında ABŞ-ın WTI markalı neftinin qiyməti psixoloji həddi aşaraq 69.23 dollara geriləyib. London birjasında "Brent" markalı neftin qiyməti isə təxminən 4% dəyər itirərək 71.99 dollar təşkil edib. pizza hut

Beynəlxalq maliyyə qurumları tələbatın zəif qalacağı təqdirdə "Brent" neftinin ilin son rübündə 65-68 dollar dəhlizinə qədər enə biləcəyini proqnozlaşdırırlar.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью