Neftçala 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

03.02.2026

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Neftçala 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.
Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, Neftçala 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Neftçala 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.
Qeyd edək ki, 4 fevral 2026-cı il tarixindən etibarən Neftçala rayonu üzrə vətəndaşlar Neftçala 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Neftçala 1 saylı mediasiya təşkilatının direktoru Tural Cavadzadədir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью