Neftçala, Saatlı və Salyanda şəhid ailələri və müharibə əlillərinə mənzil veriləcək

07.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Neftçala, Saatlı və Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzil veriləcək.

“APA-Economics”in əldə etdiyi məlumata görə, "Sosial Xidmətlər Agentliyi" bununla bağlı tender keçirir.

Agentlik Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı və 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzil olmaqla ümumilikdə 109 mənzil satın alınmasını planlaşdırıb. Tenderin ehtimal edilən dəyəri 10,5 milyon manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью