Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb

03.06.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 6,3 dəfə çoxdur.

525.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ərazidə investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir.

Sahibkarlar bugünə qədər görülən işlərə 50 milyon manata yaxın investisiya yatırıb, 317 nəfərlik daimi iş yeri yaradıb, 228 milyon manatlıq məhsul satıb, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью