Neftçalada 4,9 milyonluq dövlət əmlakı satışa çıxarıldı

18.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonunun Sübh kəndində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edib.

“Yeni Sabah” xəbər verir ki, ümumi qiyməti 4 milyon 946 min 213 manat təşkil edən müəssisənin özəlləşdirilməsində yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar ən azı 8,5 milyon manat həcmində investisiya proqramı təqdim etməli və minimum 100 yeni iş yeri yaratmalıdırlar. Müqavilə bağlandıqdan sonra qalib tərəf dövlət büdcəsinə ən azı 2 milyon manat vəsait ödəməlidir. pizza sifarişi

Sənədlərin qəbulu 19 oktyabr 2026-cı il tarixinədək aparılacaq, qiymətləndirmə isə 21 oktyabrda keçiriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью