Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neftçala rayonunda 62 yaşlı kişi evinin zirzəmisində yıxılaraq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Oryad kəndində baş verib.
Məlumata görə, 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağının dəmir tora ilişib və o, yıxılaraq baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin