Neftçalada 75 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

19.03.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Xol Qarabucaq kənd sakini, 1950-ci il təvəllüdlü İbadov Eyvaz Abdulxeyir oğlu qonşunun antenasını düzəldərkən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью