Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
"Mercedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.