Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Neftçala rayonunda minik avto
AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan – Neftçala avtomobil yolunda qey
Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Mirzəyev Ağasəf Paşa oğlu, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü İbrahimova Günel Ağasəf qızı, onun övladları, 2010-cu il təvəllüdlü İbrahimov Natiq Fuad oğlu, 2010-cu il təvəllüdlü İbrahimov Yəhya Fuad oğlu, 2008-ci il təvəllüdlü İbrahimova Ləman Fuad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.