Icma.az, Modern.az portalına istinadən məlumat yayır. 4 dekabr 2025-ci ildə Neftçala şəhərinin Bayraq Meydanında keçirilən “Balıq və Aqrar B
Neftçala Rayon İcra Hakimiyyəti, Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin, “İODİCO” MMC-nin təşkil etdiyi tədbirə öl
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Balıqçılıq və Akvakultura Mərkəzi
Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni vurğulayıb.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçala rayonuna səfəri zamanı yeni açılıb istifadəyə verilən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılan şərait haqqında məlumat verərək həmin təsərrüfatın əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolu haqqında danışıb.
RİH başçısı Respublikada ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verib.Əlavə olaraq,festival iştiakçıları “Xıllı-Balıq” MMC-nin, “Oryad Balıq” MMC-nin və Neftçala Sənayə Məhəlləsində fəaliyyət göstərən “AzProduct” MMC və “Kəhf” MMC-nin fəaliyyəti haqqında geniş məlumatlandırılb.
O, sonda festivalın keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə,onun tabeli qurumlarına,Gənclər və İdman Nazirliyinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar çıxış edərək festival iştirakçlılarına festivalın işlərində uğurlar arzu ediblər.