Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da ölüb

29.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью