Neftçalada dəhşətli QƏZA Ata öldü, övladları yaralandı

23.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.
 

2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub.


Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью