“Neftçalada əhalinin sosial vəziyyəti çox ağırdır” Tənzilə Rüstəmxanlı Yeni Çağ Media | Ic…
Yenicag saytına istinadən Icma.az xəbər verir. “Keçmiş iqtisadçı olaraq büdcəmizin artmasını dövlətimizin idarəçiliyinə bağlayıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri deputat Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, 25 il əvvəl Azərbaycan dövlətinin büdcəsi 650 milyon manat idi: “İndi 635 milyon manat təkcə mədəniyyət sahəsinə ayrılıb.
Dövlətimizin qüdrətini dəstəkləmək, onun uğurlarına sevinmək hamımızın borcudur. Bütün bunlar millətimizə xidmət etməyə kömək olmalıdır.
Qeyri-neft sektorunun inkişafı əsas göstəricilərdən biridir.
Onu da demək istəyirəm ki, deputatı olduğum neft, balıq, yod, duz ilə zəngin olan bir bölgədə əhalinin sosial vəziyyəti çox ağırdır.
Əsas da işsizlik problemi var. Azərbaycanda işsizlik getdikcə artır. Birinci növbədə iş yerləri açılmalıdır.
Yüzdə doxsan faiz insanlar ancaq məndən iş istəyirlər. Olmaz ki, təbii duzun bol olduğu bölgədə duz zavodu açılsın.
Tam oxu
Xəbəri oxu