Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

20.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 avqust, AZƏRTAC

“Paşa Holding”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik Layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” aksiyası Neftçala rayonunun Aşağı Qaramanlı kənd həkim məntəqəsində keçirilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.

Aksiya zamanı Aşağı Qaramanlı kənd sakinlərinə tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью