Neftçalada əsas kapitala yönəldilən investisiyaların həcmi 56,8 faiz artıb

30.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftçala, 30 yanvar, AZƏRTAC

2025-ci ildə Neftçalada 346 milyon 844,6 min manatlıq məhsul istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,1 faiz artım deməkdir. Sənaye sahəsində 86 milyon 948,6 min manatlıq məhsul istehsal edilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, kənd təsərrüfatı sahəsində ümumi məhsul istehsalı 6,1 faiz artıb. Pambıqçılıq sahəsində 28 min 634 ton məhsul tədarük olunub, orta məhsuldarlıq 40 sentner təşkil edib. Bu da son 10 ilin rekord göstəricisidir. Neftçala rayonu pambıqçılıq üzrə ölkədə 3-cü yerdə qərarlaşıb.

Hesabat ilində əsas kapitala yönəldilən investisiyaların həcmi 28 milyon 816,5 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 56,8 faiz artım deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью