Neftçalada ev yanıb, ölən var

04.11.2024

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Neftçalada fərdi yaşayış evində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisədə qəsəbə sakini, 64 yaşlı Xanməmmədov Məhəmməd Böyükağa oğlu ölüb. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью