Neftçalada faciə: 24 yaşlı gənc yanaraq öldü

28.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Neftçala sakini evində yanaraq ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью