Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

16.11.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Neftçalada itkin düşən kişinin meyiti su kanalında tapılıb.

"Report" xəbər verir ki, Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılaraq sudan çıxarılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, Ş. Kazımov bir neçə gün əvvəl itkin kimi axtarışa verilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью