Neftçalada kanalda meyit tapılıb

16.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Neftçala rayonunda kanalda meyit tapılıb.

APA xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.

Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью