Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Neftçala, 29 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda nəqliyyat vasitəsinin aşması ilə nəticələnən yol qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17 radələrində Neftçala rayonu Qaravəlli kənd yolunda qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Şəhriyar Qasımov və Xeybər Əliyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.