Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib

02.04.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью