Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu VİDEO

23.10.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 22-si saat 18:00 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.

Qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Təəssüf ki, statistik nəticələr də göstərir ki, bu gün istər yaşayış məntəqələrində, istərsə də yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir!

https://azpost.info/wp-content/uploads/2026/10/WhatsApp-Video-2026-10-23-at-15.22.07.mp4

AzPost.az

Post navigation

Previous: Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью