Neftçalada Salyan rayon sakini tutulub

02.04.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildirilib ki, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью