Neftçalada şirkət əməkdaşı iş başında öldü

08.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib. Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью