Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır FOTO

14.08.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Neftçala rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən yol nişanlarından biri istifadəyə yararsız vəziyyətə düşüb.

Bu barədə Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyicilərdən biri fotoşəkil göndərərək məlumat verib. Fotodan görünür ki, “Neftçala Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış “STOP” yol nişanının rəngi günəş şüalarının və hava şəraitinin təsirindən tamamilə solub. Bu səbəbdən nişan uzaq məsafədən seçilmir və sürücülər üçün görünməz vəziyyətə düşüb.

İzləyicinin sözlərinə görə, ərazidən keçən bəzi sürücülər nişanı vaxtında fərq etmədikləri üçün dayanmadan hərəkətlərini davam etdirirlər. Bu isə həm yol hərəkəti təhlükəsizliyi baxımından risk yaradır, həm də bəzi hallarda sürücülərin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur.

Vətəndaş aidiyyəti qurumlardan sözügedən yol nişanının yenisi ilə əvəz olunmasını və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью