Neftçalada üç yaşlı uşaq suda boğularaq ölüb

18.11.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью