Neftçalada üç yaşlı uşaq suda boğularaq ölüb

18.11.2024

Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

"Report”un məlumatına görə, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью