Neftçalada yanğın 1 nəfər öldü

04.11.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью