Neftçalada yol qəzası olub, ölən var

12.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neftçalada baş verən yol qəzasında bir nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1968-ci il təvəllüdlü Həsənov Sərvər Gülbala oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью