Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Neftçala şəhər sakinləri ilə səyyar görüş keçirib.
Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Neftçala şəhəri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər “Azərbaycanın dayanıqlı inkişafının əsasını vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi təşkil edir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.
Çıxışçılar Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını vətəndaşların sosial rifah amilinin güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması təşkil etməsini vurğulayıblar.
Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılması haqqında iştirakçılara geniş məlumat veriblər.