Neftçi 10 nəfərlə Kəpəz ə qalib gəldi, yarımfinala yüksəldi

28.02.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 cavab matçı ilə son 2 yarımfinalçı da müəyyənləşəcək.

Əvvəlcə "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Günün digər matçında isə "Neftçi" "Kəpəz"lə qarşılaşır. Oyun saat 19:30-da start götürüb. Bu komandalar arasında ilk görüş paytaxt təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Cütün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən 2 cavab oyunundan sonra "Qarabağ" və "Sabah"ın yarımfinala yüksəldiyi dəqiqləşib.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

28 fevral

19:30. “Neftçi” – “Kəpəz” - 1:0

Qol: Bassala Sambu, 27

Qırmızı vərəqə: Bassala Sambu, 61 ("Neftçi")

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

"Neftçi Arena". 

İlk oyun: 2:0

16:00. “Zirə” – “Araz-Naxçıvan” - 0:2 

Qollar: Felipe Santos, 3-pen; 45-pen.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Zirə İdman Kompleksinin stadionu

İlk oyun: 0:1.

27 fevral

“Sumqayıt” – “Sabah” - 0:4

İlk oyun: 0:0.

16:00. “Qarabağ” – “Səbail” - 3:1

İlk oyun: 1:0.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью